AZ

Orban Ukraynada müharibəni bitirəcək liderin adını açıqladı

BAKI, 29 oktyabr. TELEQRAF

“Ukrayna və Rusiya arasında sülhün əldə edilməsi üçün xarici vasitəçi lazımdır və bu vasitəçi kimi yeganə real oyunçu ABŞ Prezidenti Donald Trampdır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Baş nazirin sözlərinə görə, ümid bundan ibarətdir ki, hər iki tərəfə heç bir bağlılığı olmayan xarici bir qüvvə sülh razılaşmasına nail olmaq üçün təzyiq göstərəcək:

“Mən həm ruslar, həm də ukraynalılarla danışıqlar aparmışam və şəxsi təcrübəmdən bilirəm ki, sülh əldə etmək üçün iki tərəfi tək buraxmaq olmaz. Bu, heç vaxt işləməyəcək. Bizə üçüncü tərəf lazımdır, sülh yolunda müsbət addım ata biləcək. Təəssüf ki, avropalılar imtina ediblər, beləliklə yeganə oyunçu Tramp qalır, o, sülh işinə sadiqdir”.

Orban Trampı “nadir prezident” adlandırıb: “Xoşbəxt olmalıyıq ki, belə bir ABŞ prezidenti var, onu dəstəkləməliyik. Biz - macarlar elə bunu edirik, buna görə də yaxşı şanslar var”.

Seçilən
69
teleqraf.com

1Mənbələr