AZ

QHT Bakıda sahibkarlar üçün seminar keçirir

Bu gün Bakı KOB EVİNDƏ İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda yekun seminar-müzakirə keçirilir.

QHT.az xəbər verir ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Seminarda sahibkarlar, ekspertlər və dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Məqsəd dövlət satınalmaları sahəsində biliklərin artırılması və biznes subyektləri ilə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsidir.

Seçilən
22
qht.az

1Mənbələr