Əlaqə nömrəsi: +994 (12) 498-00-53 "Lladró" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/lladro "Italdizain" şirkəti haqqında "Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir. "Lladró" brendi haqqında "Lladró" – əsası 1953-cü ildə Valensiyada qoyulmuş, dizayner, rəssam və heykəltaraşların mükəmməl ustalığı sayəsində beynəlxalq səviyyədə nüfuz qazanmış, dünyanın bədii çini üzrə aparıcı ispan brendi. "Lladró"nun çini servizləri və kolleksiya heykəlləri Valensiyada yerləşən yeganə manufakturada əl ilə ərsəyə gətirilir, sonra isə dünyanın 120-dən artıq ölkəsində premium butiklərə, şəxsi kolleksiyalara və prestijli muzey toplularına göndərilir. Hər bir məmulat heykəltaraşlar və ustalar tərəfindən filiqran dəqiqliyi və yüksək sənətkarlıqla əl ilə hazırlanır. "Lladró" ustaları qədim texnologiyaları özünəməxsus rəng və işləmələrdən ibarət çeşidli palitra ilə bir araya gətirirlər. Brend ənənələri qayğı ilə qoruyaraq və müasir dövrün məşhur rəssamları, dizaynerləri ilə əməkdaşlığı inkişaf etdirərək öz yaradıcı imzasını daim təkmilləşdirir. 2016-cı ildən etibarən brend İspaniyanın "PHI Industrial Acquisitions" birbaşa investisiya fondu holdinqinə daxildir. Hazırda "Lladró" kolleksiya heykəlləri, servizlər, heykəltaraşlıq üslubunda kompozisiyalar, işıqlandırma predmetləri, dekorativ predmetlər və dəbli aksesuarlar istehsal edir. "Lladró" butiklərdən və səlahiyyətli distribütorlardan ibarət olan öz geniş kommersiya şəbəkəsinə sahibdir, bu da şirkətə bütün dünya üzrə 1200 satış nöqtəsi və müasir ispan dekorativ-tətbiqi incəsənətinin səfiri statusunu təmin edir. Reklam hüququnda
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta