AZ

494 hərbçi 612 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib

Bakı. Trend:

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakıdövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənmüharibə ilə əlaqədar əlilliyi olan 2371 şəxsə 82 min reabilitasiyavasitəsi verilib.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, o cümlədən, müharibədə əzalarını itirmiş 494hərbçi 612 yüksək texnologiyalı, son nəsil protezlərlə təminedilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlərvasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər.

Eyni zamanda, həmin şəxslərin yüksək texnologiyalı xüsusi idmanprotezləri ilə də təminatı da həyata keçirilib ki, nəticədə onlaridman oyunlarında daha sərbəst, rahat hərəkətlər edə bilirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən,müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatəolunması işlərinin bir istiqaməti də həmin şəxslərin reabilitasiyavasitələri ilə təmin olunmasıdır.

Seçilən
22
az.trend.az

1Mənbələr