AZ

Ermənistanda şəhər meri təyyarədən çıxarkən həbs edildi

Ermənistanın Ararat vilayətinin Masis icmasının başçısı David Ambartsumyan təyyarədən çıxarkən həbs edilib.

Avtosfer.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə onunla eyni təyyarədə uçan dostu, ictimai fəal Narek Malyan bildirib.

Ambartsumyanın olduğu təyyarə axşam saatlarında Moskvadan İrəvana gəlib.

Xatırladaq ki, daha əvvəl İrəvan məhkəməsi Ambartsumyanı 2018-ci ildə etirazçılara qarşı silah işlətməkdə və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilərək, onu qiyabi olaraq altı il üç ay müddətinə azadlıqdan məhrum etmişdi.

Ambartsumyan gizlənməyə hazırlaşmadığını və İrəvana qayıtmaq niyyətində olduğunu bildirmişdi.

Seçilən
8
2
avtosfer.az

3Mənbələr