AZ

ABŞ da yeni nəsil səsdən sürətli təyyarə X 59 uğurla sınaqdan keçirildi

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-da yeni səsdən sürətli təyyarə — X-59 adlı eksperimental modelin ilk sınaq uçuşu uğurla həyata keçirilib. Bu layihə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) və “Lockheed Martin” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanıb.

AzPost xəbər verir ki, mütəxəssislər bildiriblər ki, X-59 təyyarəsi tamamilə yeni nəsil hava nəqliyyatı sayılır və onun texniki göstəriciləri dünyada analoqu olmayan səviyyədədir. Təyyarə xüsusi aerodinamik quruluşa malikdir və səs baryerini keçərkən yaranan yüksək partlayış səslərini azaldır.

Məqsəd gələcəkdə bu texnologiyanı sərnişin və yük təyyarələrində tətbiq edərək, səyahət müddətini bir neçə dəfə azaltmaqdır. Şirkətdən verilən məlumata görə, X-59 planlaşdırıldığı kimi bütün uçuş göstəricilərini uğurla yerinə yetirib və təhlükəsiz şəkildə eniş edib.

NASA nümayəndələri bu təcrübəni “hava nəqliyyatında yeni dövrün başlanğıcı” adlandırıblar. Onların fikrincə, bu tip təyyarələr gələcəkdə qitələrarası uçuşları bir neçə saatlıq səviyyəyə endirə bilər.

Layihə üzərində iş bir neçə ildir davam edir və mühəndislər indi növbəti mərhələyə — təkmilləşdirilmiş modelin yaradılmasına keçməyə hazırlaşırlar. ABŞ-da bu sınağın uğuru elmi dairələrdə və aviasiya ictimaiyyətində böyük maraqla qarşılanıb.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
7
azpost.info

8Mənbələr