AZ

Azərbaycanda sığorta ödənişləri artıb

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar-sentaybr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ümumilikdə 683,9 milyon manat sığorta ödənişi həyata keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.

Ödənilən vəsaitin 484,7 milyon manatı həyat sığortası üzrə ödənişlərin payına düşüb. Bunun da 480,4 milyon manatı könüllü həyat sığortası, 4,3 milyon manatı isə icbari həyat sığortası üzrə ödənilib.

Qeyd edək ki, hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 33,5 faiz artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
metbuat.az

2Mənbələr