AZ

İslam Həmrəyliyi Oyunlarına altı stolüstü tennisçimiz qatılacaq FOTO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, seçmə komandamız sayca altıncı yarışa altı idmançı ilə qatılacaq.

Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək.

Komanda bugünlərdə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılarımız noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
4
icma.az

5Mənbələr