AZ

Juninyo “Qarabağ”a qayıdır? - Bu dəfə mane olmayacaq

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio qışda Ağdam klubuna qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə Braziliya mətbuat məlumat yayıb.

28 yaşlı hücumçu hazırda məxsus olduğu “Flamenqo”da qalmağı düşünmür. Buna səbəb forvardın əsas heyətə düşə bilməməsidir. Baş məşqçi Filipe Luis Juninyoya güvənmir.

Yay transfer pəncərəsində “Qarabağ” da daxil olmaqla bir neçə klub Juninyonu heyətinə qatmağa çalışıb. Sadəcə, Filipe Luis hücum xəttində oyunçu azlığı səbəbindən keçidə mane olub. Lakin bu dəfə çalışdırıcı da onun gedişinə qarşı çıxmayacaq.

Bu səbəbdən forvard indidən yeni klub axtarışına başlayıb. Onun Braziliya klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Seçilən
39
publika.az

1Mənbələr