Azərbaycanda vəkil mediasiya təşkilatının üzvünü məhkəməyə verib.Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil İlham Mehtiyev Ağdam Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia qaldıraraq, "WhatsApp"da yaradılan "MT Rəhbərləri Qrupu"nda Yevlax 1 saylı Mediasiya Təşkilatının üzvü Nigar Hüseynzadə tərəfindən böhtan və təhqirlərə məruz qaldığını bildirib. Məhkəmə istintaqı zamanı tərəflər dinlənilib və hökm elan olunub.Məhkəmənin hökmü ilə N.Hüseynzadə 1000 manat cərimə edilib.