AZ

Dövlət Komitəsinin sədri Ordubad rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11.00-da Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında (Ordubad şəhəri, Heydər Əliyev prospekti 21) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (əlaqə vasitələri: (+994) 36 544 56 29, [email protected]) müraciət etmələri xahiş olunur.

Seçilən
25
2
xalqqazeti.az

4Mənbələr