AZ

Tramp Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışıb

Donald Tramp ABŞ-ın Bakı ilə İrəvan arasında dialoqun qurulmasında əsas rol oynadığını bildirib. O, onilliklər ərzində davam edən münaqişə zamanı heç bir tərəfin Vaşinqtondakı danışıqlarda olduğu kimi sülhə yaxınlaşa bilmədiyini vurğulayıb.

ABŞ Prezidenti deyib: “Azərbaycan ilə Ermənistan arasında baş verən hadisələrə nəzər salın...Biz buna nail ola bildik (müharibəni dayandırdıq-red.). Hər iki ölkənin liderləri gəldi və onların arasında addım-addım qarşılıqlı anlaşma yarandı. Bu, bir möcüzə idi – iki çox gözəl millət ümumi dil tapdı”.

ABŞ Prezidenti avqust görüşünü ümid və diplomatik uğurun rəmzi adlandırıb. O qeyd edib ki, belə dialoqlar şəxsi təmasların və siyasi iradənin gücünü sübut edir.

Qeyd edək ki, Vaşinqton danışıqları Bakı ilə İrəvan arasında son illər aparılan dialoqun ən məhsuldar mərhələlərindən biri olub. İki ölkənin liderləri ABŞ səfəri zamanı sülh sazişi layihəsini müzakirə edib və ikitərəfli əlaqələrin əsas bəndləri üzrə ilkin razılaşmalar əldə olunub.

AzVision.az
Seçilən
10
14
azvision.az

10Mənbələr