İran mətbuatının yaydığıməlumataəsasən, imzalama mərasimi paytaxt İrəvanda Ermənistanın Qızıl Xaç Cəmiyyətinin rəhbəri Davit Nersisyan və İranın Qızıl Aypara Cəmiyyətinin Pirhüseyn Kolivəndin iştirakı ilə baş tutub.
Bildirilib ki, 5 il qüvvədə qalması nəzərdə tutulan memorandumun müddəti hər iki tərəfin razılığı ilə uzadıla bilər. Mərasimdə, eyni zamanda, sənədin planlaşdırılıb həyata keçirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması qərara alınıb.
Sənədə əsasən, tərəflər bir sıra sahədə, o cümlədən təbii fəlakət dövründə qarşılıqlı yardım, humanitar xidmətlər üzrə birgə təlimlərin icrası, beynəlxalq humanitar hüquq sahəsində təcrübə mübadiləsi, gənclər arasında təbliğat-təşviqat işləri üzrə əməkdaşlığa başlayacaqlar. Ortaq layihələr çərçivəsində Ermənistanda İran Qızıl Aypara Cəmiyyətinin tibb mərkəzinin yaradılması da nəzərdə tutulur.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta