AZ

“Gəlin 7 aylıq hamilə imiş..."

Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib. Onun toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Bakıvaxtı.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Əfsanə uzun müddət oğlan evində yaşasa da, toy ötən gün baş tutub.

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toy mərasimində iştirak edən hər iki gənc Dolu kənd sakini olub: “Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər.

Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
24
8
bakivaxti.az

10Mənbələr