Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Baltik dənizi üzərində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsini ələ keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Polşa mətbuatı yazır.
Məlumata görə, Polşa Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcı təyyarəsi Baltik dənizi üzərində uçan Rusiya təyyarəsini “uğurla ələ keçirib və müşayiət edib”.
Bildirilir ki, İl-20 beynəlxalq hava məkanında “təqdim edilmiş uçuş planı olmadan və transponderi söndürülmüş halda” kəşfiyyat missiyası həyata keçirirmiş.