AZ

Azərbaycan Kuboku: Bu gün 1/8 mərhələsinin bütün iştirakçıları bəlli olacaq

Azərbaycan

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsi başa çatacaq.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 6 görüş təşkil olunacaq.

Premyer Liqada çıxış edən "Sumqayıt" "Zaqatala"nı, "Qəbələ" "Mingəçevir"i, "Şamaxı" "Səbail"i, "Neftçi" MOİK-i sınağa çəkəcək. Həmçinin "Difai" "Xankəndi" ilə, "Şahdağ Qusar" "Şimal"la qarşılaşacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

29 oktyabr

14:00. "Şimal" – "Şahdağ Qusar"

Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Xankəndi" – "Difai"

Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Ağsu şəhər stadionu

14:00. "Zaqatala" – "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

16:00. "Qəbələ" – "Mingəçevir"

Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu

16:00. "Səbail" – "Şamaxı"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"ASCO Arena"

19:00. "Neftçi" – MOİK

Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Palms Sports Arena"

Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala yüksəlib.

Seçilən
33
9
xalqcebhesi.az

10Mənbələr