AZ

Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb

Astarada toy günü vəfat edən gənc gəlinlə bağlı yeni təfərrüatlar məlum olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Dolu kənd sakini, 17 yaşlı Əfsanə İmanova iki ilə yaxın nişanlı olub.

Onun hamilə olduğu bilindikdən sonra ailə üzvləri toyun tezləşdirilməsi qərarına gəliblər.

Toy günü Əfsanənin halı qəfil pisləşib və o, təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub. Qısa müddət sonra isə gənc ana da dünyasını dəyişib.

Seçilən
19
publika.az

1Mənbələr