AZ

TBMM üzvü: "Azərbaycan regionda sabitliyin simvoluna çevrilib"

AzVision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Konstitusiya sadəcə hüquqi mətn deyil, onun hər bir maddəsi xalqın iradəsini, ədalətə olan inamını, müstəqil yaşama əzmini nümayiş etdirir:

“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı zamanı öz suverenliyini bərpa edib. 30 il əvvəl qəbul edilmiş Konstitusiya həm də gələcəyin kompasıdır. Konstitusiyanın ildönümü bizə bir həqiqəti xatıradır ki, ədalətin təməli hər zaman Konstitusiyadır”.

AzVision.az
Seçilən
12
5
azvision.az

6Mənbələr