AZ

Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşüb - FOTOLAR

Ceyhun Bayramov Omanın Baş nazirin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə müavini və Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsəd bin Tariq Əl Səid ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN X-də paylaşım edib.

Görüşdə ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasında və Azərbaycan ilə Oman arasında siyasi və iqtisadi dialoqun genişləndirilməsində mühüm rol oynayan yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan regionda sülhün, əlaqənin və davamlı inkişafın təşviqi üçün çoxtərəfli platformalar çərçivəsində Omanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

"Cebheinfo.az" 

Seçilən
21
10
cebheinfo.az

10Mənbələr