AZ

İtkin düşən şəhid Azər Bayramov dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Azər Zirəddin oğlu Bayramovun dəfn mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Onun nəşi Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığı - Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Xatırladaq ki, Azər Bayramov 1973-cü il iyunun 24-də Bakı şəhəri, Xətai rayonunda anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşüb. (Oxu.az)



Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr