BAKI, 29 oktyabr. TELEQRAF
Rusiya Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə qüvvə yeritməyə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Nəşr bildirib ki, Rusiya ordusu şəhərə bu ilin iyulundan daxil olmağa başlayıb və o vaxtdan bəri Ukraynanın müdafiə xəttindəki boşluqları tapmağa, piyada hücumları və PUA-larla logistikaya zərbə vurmağa çalışır.
“Zamanla zəif nöqtələr tapıldı - Zvirove, Şevçenko və Kotlinodan Pokrovska qədər olan dəmir yolu ərazisi. Düşmən bu müddət ərzində şəhərin cənub hissəsindəki müdafiə pozuntularından istifadə edir, piyadaların say üstünlüyünü anlayır və çatışmazlıqlarımızdan faydalanır. Bundan əlavə, bir müddət bəzi briqada komandirlərinin verdiyi yanlış məlumatlar da düşmənə kömək edib”.
Qedye edilib ki, hazırda şəhərdə yüzlərlə Rusiya piyadası mövcuddur və Pokrovskun mərkəzinə daxil olmağa çalışırlar:
“Ən pisi odur ki, düşmən Mirnoqrad istiqamətində və şəhər aqlomerasiyasına logistikanı pozub. Piyada pusquları ilə yanaşı, düşmən dronları da aktivdir və mövqelərə, təminata zərbə vurur”.
“DeepState” vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri üçün vacib olan təkcə şəhəri təmizləmək deyil, həm də onun işğalının qarşısını almaqdır. Çünki Pokrovska Donetskin qalan şəhərlərini qorumaq üçün son qala rolunu oynayır və bu yolda böyük maneədir.