AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Əliyev dəfn olunub

Bakı.Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğluƏliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisindəyerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanındadəfn olunub.

Trend xəbərverir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxiliİşlər nazirliklərinin əməkdaşları, Suraxanı, Xətai və Sabunçu Rayonİcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhidailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid Əliyar Fərrux oğlu Əliyev yaylım atəşi və hərbiorkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağatapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklilqoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyev1961-ci il yanvarın 5-də Ağdam rayonunun Kolqışlaq kəndində anadanolub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdəitkin düşüb.

Məqalədə:
Seçilən
6
16
az.trend.az

10Mənbələr