Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Milli Məclisin sabiq deputatı Sona Əliyeva “Bolt” taksi şirkətindən narazıdır.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, sabiq xanım deputat bu barədə öz narazılığını bildirib.
S.Əliyeva qeyd edib ki, taksiyə minmədiyi halda “Bolt” iki gündür onun kartından pul tutur.
O, eyni zamanda taksi şirkətinin sözügedən məsələ ilə bağlı cavab vermədiyini də vurğulayıb.
Qeyd edək ki, son vaxtlar “Bolt” taksi şirkətinin fəaliyyəti ilə bağlı müştərilər tərəfindən mütəmadi olaraq narazılıqlar səsləndirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        