Günəşin tac dəliyinin planetə təsiri nəticəsində çərşənbə günü Yer kürəsində geomaqnit pozğunluqları, o cümlədən zəif maqnit qasırğaları mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
"Günəş tac dəliyindən plazmanın Yerə təsiri nəticəsində geomaqnit şəraiti – pozulmalar və aşağı səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Məşəl aktivliyi sakitdir", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, son 24 saat ərzində geomaqnit mühiti bir qədər pozulub, məşəl aktivliyi sakit olub.
 
                        