AZ

Naxçıvanda idarəetmədən çıxan “KIA” dərəyə aşdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının (MR) Kəngərli rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 29-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə şahidlərinin iddiasına əsasən, qəza sürücünün idarəetməni qəfil itirməsi nəticəsində baş verib. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Qeyd edək ki, əraziyə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
avtosfer.az

1Mənbələr