AZ

Elon Musk ın siyasi mövqeyi Tesla ya baha başa gəldi: 1 milyondan çox avtomobil itkisi

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın Yale Universitetinin yayımladığı yeni tədqiqat, Elon Musk-ın (İlon Maskın) siyasi mövqeyinin Tesla-ya milyardlarla dollar zərər vurduğunu ortaya qoyub.

Marja.az xəbər verir ki, Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) məlumatlarına görə, Musk 2022-ci ildə Twitter-ı satın alıb X-ə çevirdikdən sonra Tesla-nın ABŞ satışları kəskin şəkildə azalıb.

Siyasi mövqe satışları 80%-ə qədər azaldıb

Tədqiqatda “Musk partizan effekti” kimi təsvir olunan bu təsir nəticəsində 2022-ci ilin sonundan 2025-ci ilin ilk aylarına qədər Tesla-nın ABŞ satışları 67%- 83% civarında azalıb. Bu azalma təxminən 1–1,26 milyon avtomobil itkisinə bərabərdir.

Demokrat seçicilər Tesla-dan uzaqlaşıb

Musk-ın getdikcə daha açıq şəkildə Respublikaçı mövqedə olması, ətraf mühitə həssas Demokrat seçiciləri Tesla markasından uzaqlaşdırb.

Tədqiqatda qeyd edilir ki, bu itki, rəqib elektrik avtomobili markalarının satışlarını 17%-dən 22%-ə qədər artırıb. Musk-ın Donald Trump administrasiyası ilə yaxın əlaqəsi, Hökumət Səmərəliiyi Departamentində (DOGE) rolu və 300 milyon dollarlıq Respublikaçı dəstəyi markanın imicinə mənfi təsir göstərən amillər arasında göstərilib.

Kaliforniya bazarında kəskin geriləmə

Musk-ın siyasi açıqlamalarının təsiri yalnız marka imici ilə məhdudlaşmayıb. Kaliforniyadakı sıfır emissiya hədəfləri də bu prosesdə pozulub. 2025-ci ilin üçüncü rübündə Kaliforniya ştatında Tesla avtomobillərinin qeydiyyatı 9,4% azalıb və bazar payı 46,2%-yə düşüb.

Tesla-nın İdarə Heyətinin sədri Robyn Denholm CNBC-yə verdiyi açıqlamada, Musk-a qarşı hökumət əlaqəsi yanaşmasının “artıq zəiflədiyini” bildirib.

Tədqiqatda həmçinin qeyd olunur ki, Tesla-nın avtonom sürüş və robotaksi layihələrinə yönəlməsi markanın ictimaiyyət qarşısındakı mənfi imicini qismən yaxşılaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
marja.az

2Mənbələr