Pakistan Talibanı məhv etməklə hədələyib.
Turkustan.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif X hesabında yazıb.
“Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur”, - nazir vurğulayıb.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib./axar.az/
 
                        