Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə satışa çıxarılan güzəştli mənzillərin qiymətlərini açıqlayıb. Pravda.az agentliyə istinadən mənzillərin satış şərtləri və qiymətlərini təqdim edir:
Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.
Qaydaların 5.6-cı bəndinə əsasən, mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.
Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:
2 otaqlı mənzilin qiyməti - 54 815 manatdır.
Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:
4 otaqlı mənzilin qiyməti - 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti - 50 200 manatdan başlayır;
4 otaqlı mənzilin qiyməti - 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzilin qiyməti - 61 865 manatdır;
4 otaqlı mənzilin qiyməti - 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzilin qiyməti - 49 120 manatdır;
2 otaqlı mənzilin qiyməti - 62 400 manatdır;
3 otaqlı mənzilin qiyməti - 87 400 manatdır;
4 otaqlı mənzilin qiyməti - 118 000 manatdır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzilin qiyməti - 61 815 manatdır;
3 otaqlı mənzilin qiyməti - 73 785 manatdır;
4 otaqlı mənzilin qiyməti - 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi üzrə:
1 otaqlı mənzilin qiyməti - 40 200 manatdır;
2 otaqlı mənzilin qiyməti - 45 225 manatdır;
3 otaqlı mənzilin qiyməti - 70 490 manatdır;
4 otaqlı mənzilin qiyməti - 103 740 manatdır.