AZ

Tramp: Dünyada bu qədər münaqişə olduğunu bilmirdim

Tramp: Dünyada bu qədər münaqişə olduğunu bilmirdim

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəlməzdən əvvəl ölkələr arasında bu qədər münaqişənin olduğunu bilmirmiş.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Cənubi Koreya Prezidenti Li Ce Myonqla görüşündə bildirib.

“Dünyada bu qədər problemi həll edə bildiyim üçün çox şanslıyam. Bu qədər problemin olduğunu belə bilmirdim. Milyonlarla insanını itirən, müharibə vəziyyətində olan ölkələrin olduğunu bilmirdim. Və biz bu problemlərlə məşğul olmuşuq, yalnız bir problem istisna olmaqla - Rusiya və Ukrayna. Amma biz bunların hamısını etmişik, bunların öhdəsindən gəlmişik”, - deyə Tramp bildirib.

Seçilən
35
afn.az

1Mənbələr