 
   Təhlükəsizlik – ən yüksək səviyyədə
Bu xidmət, Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimində (sandbox) sınaqdan keçirilən ilk fintex platforması kimi, həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir. m10 və Binance inteqrasiyasının ilk mərhələsi AMB-nın sandbox rejimindən uğurla keçərək, 6 aylıq sınaq müddətini başa vurub və daha 6 ay müddətinə ikinci mərhələyə keçid edib.Əməliyyat şərtləri
● Valyuta: Azərbaycan manatı (AZN) ● Balans artırma komissiyası: 1% ● Vəsait çıxarma komissiyası: 1.5% ● *Əməliyyat limiti: 20,000 ABŞ dolları ekvivalentinədək *Qeyd: Aylıq 20,000 ABŞ dolları ekvivalentinədək əməliyyat limiti Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarına əsaslanır. Xidmət yalnız Azərbaycan vətəndaşları üçün əlçatandır və KYC (müştərini tanı) prosedurunun tamamlanması mütləqdir.Azərbaycanın kripto əməliyyatlarında yeni mərhələ
Bu əməkdaşlıq, ölkədə kripto-ekosistemin inkişafında mühüm addım olmaqla, istifadəçilərə rahatlıq, qanunvericiliyə uyğunluq və maliyyə şəffaflığı təmin edir.Necə başlamaq olar?
- Binance tətbiqinə və ya rəsmi vebsayta daxil olun və qeydiyyatdan keçin.
- Deposit bölməsində AZN → m10 seçərək m10 hesabınız vasitəsilə balansınızı artırın.
- Withdraw bölməsində m10 hesabınızı göstərərək vəsaiti çıxarın.
Reklam hüququnda
