Bakı.Trend:
Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilənşübhəli keçidlərə daxil olmaq nəticəsində “WhatsApp”istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri son dövrlərdəartıb.
Trend xəbərverir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumatyayıb.
Bildirilib ki, Kiberdələduzlar bu üsuldan istifadə edərəkvətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarınıələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı haldaistifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onlarınadından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həminşəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinəcəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçininhesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərinigörməyi tövsiyə edir:
Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasınıaktivləşdirin.
Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciətedin.
Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.)yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edənşəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.