AZ

Lerikdə ilk dəfə “Eko Festival” keçirilir

LERİK, 29 oktyabr. TELEQRAF

Lerikdə ilk dəfə “Eko Festival” keçirilir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, tədbirin məqsədi bölgənin ekoturizm potensialını tanıtmaq, kənd turizmini inkişaf etdirmək, yerli adət-ənənələri və mədəni irsi təşviq etmək, eləcə də fermerlərin fəaliyyətinə dəstək vermək olub.

Festival həmçinin eko-turizmaqrobiomüxtəlifliyin qorunmasına diqqət çəkməyi hədəfləyib.

Təbiət qoynunda baş tutan festivalda hökumət və turizm sənayesi nümayəndələri, 50-dən çox yerli istehsalçı və sənətkar iştirak edib. Tədbir çərçivəsində biomüxtəliflik, aqroturizm və qastronomiya üzrə təqdimatlar və sərgilər təşkil olunub.

Ziyarətçilər üçün yerli məhsulların satış yarmarkası, dequstasiya və ustad dərsləri keçirilib, həmçinin bölgə idmançılarının çıxışları nümayiş etdirilib.

Seçilən
52
teleqraf.com

1Mənbələr