AZ

"Ermənistanın Müstəqillik Bəyannaməsini oxuyandan sonra dəhşətli nəticəyə gəlmişəm"

Ermənistan Baş nazirinin Aparat rəhbəri Araik Arutunyan ölkənin Müstəqillik Bəyannaməsində müəyyən problemlərin olduğunu bildirib.

Xezerxeber.az Ermənistan mediasına istinadən verdiyi məlumata görə, o, bunu parlamentdə jurnalistlərlə söhbəti zamanı deyib.

"Hesab edirəm ki, Müstəqillik Bəyannaməsində müəyyən problemlər var. Son illərdə bizim Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam və belə bir dəhşətli nəticəyə gəlmişəm ki, onun məzmunu Ermənistan Respublikasının mövcud ola bilməyəcəyindən ibarətdir", - o qeyd edib.

Seçilən
23
2
xezerxeber.az

2Mənbələr