Çexiya səfirindən Paşinyan təqlidi: sosial mediada maraq doğuran video
Ajans.az xəbər verir ki,diplomat Ermənistanın Baş naziri Nikol Paşinyanı təqlid etdiyi video ilə gündəmə gəlib. Paylaşılan görüntülərdə səfir “Reincarnation” qrupunun mahnısının sədaları altında gülümsəyərək Paşinyanın tez-tez etdiyi məşhur “ürək” jestini nümayiş etdirir. Videoda Pirunçik həmçinin kostyumunun sinə cibindəki çiçəyə işarə edərək Paşinyanın üslubunu təkrarlayır. Səfirin bu paylaşımı sosial mediada müxtəlif reaksiyalara səbəb olub — bəziləri onu yumoristik jest kimi qiymətləndirib, digərləri isə diplomatik etika baxımından mübahisəli hesab ediblər.