AZ

Taekvondoçumuz dünya üçüncüsü olub

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü fəxri kürsüdə yerini tutub.

Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionu Qaşim Maqomedov bürünc medala layiq görülüb.

İdmançımız medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.

Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək

Taekvondoçularımız dünya çempionatına hazırlıqlarını başa vurublar - FOTO

Vasif Səlimov: “Hədəfim olimpiya çempionu olmaqdır”

Taekvondoçularımızdan möhtəşəm uğur: ÜMUMİLİKDƏ 22 medal - FOTO

Taekvondoçularımızdan növbəti qızıl medal

Seçilən
27
4
apasport.az

5Mənbələr