AZ

“Tottenhem” “Marsel”in hücumçusunu alır

“Tottenhem” “Marsel”in hücumçusu Mejson Qrinvudu transfer etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu növbəti mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün dinamik futbolçu axtarır və Qrinvud bu tələblərə uyğun gəlir.

24 yaşlı ingilis futbolçu 2024-cü ilin iyulundan Fransanın “Marsel” klubunda çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qrinvudun Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir.

 

 

Seçilən
12
idmanxeber.az

1Mənbələr