AZ

Xersonda uşaq xəstəxanası artilleriya atəşinə tutulub, yaralılar var

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Rusiya ordusunun Xerson şəhərində uşaq xəstəxanasına endirdiyi artilleriya zərbəsi nəticəsində yaralananlar var.

APA xəbər verir ki, bu barədə “UNIAN” Xerson vilayəti prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, zərbə anında binada uşaqlar, valideynlər və tibbi heyət olub.

İlkin məlumata görə, hücum nəticəsində 9 nəfər xəsarət alıb, onlardan dördü uşaq, üçü isə tibbi işçidir. Hazırda yaralıların dəqiq sayı müəyyənləşdirilir.

Prokurorluğun məlumatına görə, xəstəxananın binasına ciddi ziyan dəyib, partlayışın yaratdığı dalğa yaxınlıqdakı digər tikililərə də zərər vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
apa.az

4Mənbələr