AZ

Mahir komandasına vurulan qolu bəyəndi , etiraza səbəb oldu

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli yenidən gündəmə gəlib.

QOL.az xəbər verir ki, 27 yaşlı hücumçu komandasının ötən tur "Nürnberq"lə oyunda (1:1) buraxdığı qolu sosial şəbəkədə bəyənib.

Bu isə etirazlara səbəb olub. Mahirin sabiq komanda yoldaşı Robin Knox penaltidən vurduğu qolu İnstaqram səhifəsində paylaşıb. Emreli isə onun bu paylaşmını bəyənib. 

Bu addımı ilə azarkeşlərin etiraz hədəfinə çevrilən Mahir Emreli sosial mediada tənqid edilib.

Xatırladaq ki, Mahir Emreli son 6 matçda “Kayzerslautern”in iştirak ərizəsinə salınmayıb. Klubda işləri yaxşı getməyən hücumçunun komandasını tərk edəcəyi ilə bağı xəbərlər yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qol.az

3Mənbələr