Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN “X”də paylaşım edib.
Görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri, çoxtərəfli əməkdaşlıq, hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub.