ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Qvardeyskoye və Komsomolskoye rayonlarında iki neft anbarı vurulub. Həmçinin, dəyəri təxminən 20 milyon dollar olan “Pantsir-S2” raket sistemi və iki radar məhv edilib. Bundan başqa, Rusiya Telegram-kanalları gecə hücumlarından sonra Krımdakı neft bazalarından birində yanğın baş verdiyini bildirirlər.
pic.twitter.com/nVUcS7VmME
— Newsfeed (@Newsfeed883920) October 29, 2025

Rusiyanın neft emalı zavodları zərbələrə məruz qalıb | VİDEO
Onların məlumatına görə, PUA-lar yanacaq-sürtkü materialları olan konteynerə dəyib və nəticədə yanğın baş verib. Hadisənin harada yaşandığı barədə rəsmi məlumat açıqlanmayıb. Bununla belə, internetdə neft bazasının yandığını göstərən video yayılıb. Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə başlayıb. Xəsarət alan olmayıb, təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir. Xatırladaq ki, bu gecə Rusiyanın Moskva və Ulkyanovst vilayətlərindəki, habelə Mari-El respublikasındakı və Stavropol diyarındakı müəssisələrə də zərbələr endirilib.
pic.twitter.com/gyK1zXyRII
— Ahmadov (@BigAhmadov) October 29, 2025
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.