ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynadakı
Çernobıl Atom
Elektrik Stansiyası ətrafında yaşayan bəzi itlərin rənginin maviyə çevrilməsi
narahatlığa səbəb olub.
Sherg.az xəbər verir ki, alimləri də heyrətə salan bu dəyişimin
son bir həftə ərzində baş verdiyi bildirilir.
1986-cı ildə, təxminən 40 il əvvəl baş verən Çernobıl nüvə fəlakətindən
sonra bölgədə müşahidə edilən dəyişikliklər elm dünyasının diqqət
mərkəzindədir.
Nüvə partlayışının ardından tərk edilmiş ev heyvanlarının nəslindən olan
bu itlər, bu ay Çernobılın qadağan zonasında gəzərkən görüntüləniblər.
Mavi itlər ortaya çıxdı
Heyvanların tüklərinin maviyə dönməsi barədə məlumatı bölgədə fəaliyyət
göstərən “Dogs of Chernobyl” (Çernobılın itləri) adlı xeyriyyə təşkilatı yayıb.
Qurumun açıqlamasında bildirilib:
“Hazırda sterilizasiya (nəsilartımın qarşısının alınması) işləri
aparırıq və tamamilə mavi rəngdə olan üç itlə qarşılaşdıq. Nə baş verdiyini
hələ tam bilmirik.”
“New York Post” qəzetinin məlumatına görə, yerli sakinlər itlərin
tüklərindəki bu rəng dəyişikliyinin yalnız son bir həftə ərzində müşahidə
olunduğunu bildiriblər.
“Kimyəvi maddəyə məruz qalmış ola bilərlər”
Heyvanlara baxan təşkilatın nümayəndələri, itləri yaxalayıb müayinə
edəcəklərini açıqlayıblar. Qurumun bəyanatında qeyd olunub:
“Böyük ehtimalla onlar hər hansı kimyəvi maddəyə məruz qalıblar.”
Buna baxmayaraq, itlərin aktiv və sağlam göründüyü vurğulanıb.
Çernobıl ətrafında vəziyyət necədir?
2017-ci ildə yaradılmış “Dogs of Chernobyl” təşkilatı hər il qadağan
zonasında yaşayan təxminən 700 iti tibbi yardım və yemək təmin edir.
Bu heyvanlar, 1986-cı ildə reaktorun partlamasından sonra bölgədən
təxliyə edilən insanların geridə qoyduğu ev heyvanlarının nəsli sayılır.
Yeni suallar gündəmdə
Hadisə, Çernobıl bölgəsindəki ekoloji təsirlər və kimyəvi çirklənmə ilə
bağlı yeni sualları gündəmə gətirib. Alimlər hazırda bu qeyri-adi rəng
dəyişikliyinin səbəbini müəyyənləşdirmək üçün genetik və kimyəvi analizlər
aparmağı planlaşdırırlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.