AZ

Qaradağda təhlükəli anlar: İki sürücü yolu yarış trasına çevirdi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qayda pozan sürücülər avtomobil kamerasına düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərib. Hadisə oktyabrın 19-da saat 22:42 radələrində qeydə alınıb. Kadrda 99-A-653 dövlət nömrə nişanlı “Suzuki” markalı motosiklet və 99-XK-252 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücülərinin hərəkətdə olan digər nəqliyyat vasitəsini soldan ötməklə kobud qayda pozduqları görünür.

Görüntülərdən də aydın olur ki, əvvəlcə motosiklet, daha sonra avtomobil yüksək sürətlə hərəkət edərək bir-biri ilə yarışır. İzləyicinin iddiasına görə, sürücülər yol boyu təhlükəli manevrlər edərək digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıblar.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
avtosfer.az

1Mənbələr