AZ

"İnsultun təbii müalicə üsulları mövcuddur"

"Müasir tibbdə insultun təbii gedişinə təsir edə biləcək müalicə üsulları mövcuddur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İnsult xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirdi.

"Əgər söhbət işemik insultdan gedirsə, bu zaman xəstəyə göstərilən tibbi yardım “qızıl saatlarda”, yəni xəstəlik baş verdikdən dərhal sonra həyata keçirilərsə, nəticə daha uğurlu olur. İşemik insult zamanı damar tıxanır və beyinin müvafiq nahiyəsinə qan axını azalır. Bu halda əsas müalicə üsulu damarın açılması, yəni onu tıxayan laxtanın aradan qaldırılması və beyin qan dövranının bərpasıdır. Tibbi dildə bu proses rekanalizasiya adlanır. Əgər bu müdaxilə insultun ilk saatlarında aparılarsa, xəstəni ağır fəsadlardan və əlillikdən qorumaq, bəzən isə həyatını xilas etmək mümkün olur. Xüsusilə iri damarların tutulması hallarında vaxtında görülən tədbirlər həm beyin funksiyalarının bərpası, həm də xəstənin həyatı baxımından həlledici əhəmiyyət daşıyır", - deyə həkim qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
49
redaktor.az

1Mənbələr