AZ

Britaniyalı kişi protezlə üzünü “geri qaytardı”

75 yaşlı Böyük Britaniya sakini Deyv Riçards avtomobil qəzası nəticəsində üzünün yarısını itirdikdən sonra 3D printerlə hazırlanmış protez sayəsində yeni həyatına qayıtdığını bildirib.

Redaktor.az xəbər verir ki, onun hekayəsi "Daily Mail" nəşrində dərc olunub.

Riçardsın sözlərinə görə, 2021-ci ildə onu sərxoş sürücü vurub. Qəza nəticəsində o, çoxsaylı xəsarətlər alıb, ağır yanıq keçirib və bir gözünü itirib. Həkimlər zədələnmiş üz toxumalarını bərpa edə bilmədikləri üçün yaraları bədənin başqa hissəsindən götürülmüş dəri ilə örtüblər.

Uzun müddət yeni görünüşünə alışa bilməyən Riçards fərqli üsullar axtarmağa başlayıb. Mütəxəssislər ona 3D printerlə hazırlanacaq protez təklif ediblər. Bu protez üzün formasını təkrarlayır, həmçinin saç, göz və dərinin rəngini imitasiya edir. Bundan əlavə, ona çapıq toxumasını yumşaltmaq üçün boyun nahiyəsinə xüsusi dəstək şinləri də quraşdırılıb.

Aytəkin TOFİQQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr