AZ

Qəbul imtahanları elektron şəkildə keçirilə bilər?

Bizim hədəflərimizdən biri lisey və gimnaziyalara qəbul imtahanlarını elektron şəkildə keçirməkdir.

Bakıvaxtı.az xəbər veri ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-nin canlı yayımında deyib.

O bildirib ki, lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək.

"Eyni zamanda infrastrukturu qura bilsək, ola bilsin ki, növbəti il lizey və gimnaziyalara qəbul imtahanı elektron qaydada, komputerlər vasitəsi ilə keçirilsin",- deyə o əlavə edib.

Qeyd edək ki, hazırda lisey və gimnaziyalara qəbul imtahanları ənənəvi qaydada keçirilir.

Seçilən
11
2
bakivaxti.az

4Mənbələr