UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununa bilet satışında biabırçılıq yaşanır.
Publika.az xəbər verir ki, Ağdam klubu biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarıb. Lakin demək olar ki, uğursuz olub.
Buna səbəb biletlərin yalnız "iTicket.az"-ın mobil tətbiqi və saytı üzərindən satılması olub. "iTicket.az" çökdüyündən minlərlə azarkeşin cəhdləri uğursuz olub.
Bu, "iTicket.az" ilə bağlı ilk hal deyil. "Qarabağ"ın əvvəlki oyunlarda da oxşar problemlər yaşanıb. Məsələnin ən pis tərəfi odur ki, uğursuzluğa və biabırçılığa rəğmən Azərbaycan çempionunun şirkətlə əməkdaşlığı davam etdirməsidir.
Fiziki və ya digər formalarda satış olmadığından, çox sayda azarkeş biletsiz qalıb. Sosial şəbəkələrdə bununla bağlı çox sayda paylaşım edilib. Fanalar mövcud vəziyyətdən narahatdır.