Operativ MM saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, son yarım il ərzində Ukrayna münaqişəsinin gələcək nizamlanması ilə bağlı fikri dəyişib, lakin konkret proqnozlar verməkdən imtina edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Məndən təxminən altı ay əvvəl bu barədə soruşsaydınız, deyərdim ki, onlar heç vaxt döyüşməyi dayandırmayacaqlar, bir ay əvvəl soruşsaydınız, deyərdim ki, biz sülh istiqamətində inanılmaz irəliləyiş əldə edirik”, – o bildirib.
Onun fikrincə, gələcək nizamlanma ilə bağlı konkret proqnozlar vermək çətindir. Vitse-prezidentin sözlərinə görə, hər iki tərəf gəlirlərinin azalma nöqtəsinə çatıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        