AZ

Azərbaycan Rotterdam Konvensiyasına qoşuldu

Azərbaycan Rotterdam Konvensiyasına qoşuldu

Azərbaycan “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub.

Bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.

Prezidentin sərəncamına əsasən, Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Nazirlər Kabineti isə “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaqla bağlı 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanundan irəli gələn məsələləri həll etməlidir. Xarici İşlər Nazirliyi isə sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Konvensiyanın Katibliyinə səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə müvafiq bildiriş göndərməlidir.

Seçilən
35
19
afn.az

10Mənbələr