ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dəstənin şəxsi heyətinin iştirakı ilə keçirilən aksiya aviabazanın ərazisində təşkil olunub.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Ağacəkmə aksiyasında Aviasiya dəstəsinin əməkdaşları tərəfindən eldar şamı, küknar və müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.