Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya SəhiyyəTəşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyasıkeçirilir.
Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetməorqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri,beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmilər iştirakedirlər. Azərbaycan Respublikası tədbirdə səhiyyə naziri TeymurMusayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirin açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruTedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeydedərək, Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılmasıistiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.
Öz növbəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans HenriKlüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlərədair məlumat verib.
Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasınıngündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyi ÜST-ninnövbəti beşillik “Avropa İş Proqramı 2026–2030”, idarəetməorqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqikimi mühüm məsələləri əhatə edir.
Daha sonra Regional Komitənin üzv dövlətlərinin səhiyyə nazirlərivə digər rəsmilər çıxış ediblər.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri,səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Səhiyyə NazirliyiÜmumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun gələcəyinsağlamlıq sistemini formalaşdırmaq məqsədilə təşəbbüslərini və üzvdövlətlərin milli səhiyyə sistemlərininin transformasiyasınındəstəklədiyini yüksək qiymətləndirir: “Avropa İş Proqramındamüəyyən edilmiş üç əsas prioritet Azərbaycanın milli səhiyyəsisteminin gələcək istiqamətləri ilə uyğundur”.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycandason illər milli səhiyyə sisteminin gücləndirilməsi, insankapitalının inkişafı və səhiyyənin rəqəmsallaşdırılmasıistiqamətində mühüm işlərin görüldüyü diqqətə çatdırılıb:“Vətəndaşların sağlamlıq və sosial rifahının yüksəldilməsiAzərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasininəsas prioritetlərindən biri kimi müəyyən edilib. Vətəndaşlarınuzunömürlülüyünün artmasını nəzərə alaraq, sağlamlıq prioritetməsələ olaraq qalmalıdır”.
Müasir zamanda süni intellektin, iri həcmli məlumatların vərəqəmsal həllərin səhiyyə xidmətlərinin inkişafında mühüm roloynadığını bildirən Teymur Musayev deyib: “Bu texnologiyalarınpotensialını tam şəkildə istifadə etmək üçün süni intellektinqanunvericilik çərçivələrinə daxil edilməsi, onun məsuliyyətli vəetik istifadəsi vacib məsələdir. Bununla belə, rəqəmsal alətlərinsan əməyini əvəz etməməli, əksinə fəaliyyətlərdə tamamlayıcı roloynamalıdır”.
Tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2025–2028-ciillər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin DaimiKomitəsinə (SCRC) üzv seçilib.
Azərbaycan nümayəndəsinin Komitəyə üzv seçilməsi ölkəmizinbeynəlxalq səhiyyə siyasətində rolunun daha da güclənməsinə vəÜST-nin Avropa regionunda qəbul edilən qərarların formalaşmasındaiştirakının təmin olunmasına şərait yaradacaq.
Həmçinin, ÜST-nin Avropa Regional Komitəsinin 75-ci sessiyasıçərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfligörüşlər keçirib. İlk olaraq Teymur Musayevin ÜST-nin Avropa üzrəregional direktoru Hans Henri Klüge ilə görüşü baş tutub. Görüşzamanı nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya SəhiyyəTəşkilatı ilə yüksək səviyyəli əlaqələrin mövcudluğu xüsusivurğulanıb.
İslandiyanın sabiq Baş naziri, ÜST-nin Pan-Avropa Səhiyyə vəİqlim Komissiyasının sədri xanım Katrin Yakobsdottir ilə görüşdəötən il COP29 kimi mötəbər tədbirin Azərbaycanda ən yüksəksəviyyədə təşkil edildiyi bildirilib. Eyni zamanda, COP29 zamanıiqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyi yüksəkqiymətləndirilib.
Oktyabrın 30-u yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlifmövzular ətrafında müzakirələrlə davam edəcək.
 
                        